Polşa təmsilçisi İqa Şvyontek Fransa Açıq çempionatının (Rolan Qarros) final matçında italyan tennisçi Jasmin Paoliniyə qalib gəlib.
Turnir Parisdə keçirilib.
Görüş 6:2, 6:1 hesabı ilə dünya reytinqində 1-ci pillədə qərarlaşan Şvyontekin xeyrinə başa çatıb.
Bununla da, Şvyontek Fransa Açıq Çempionatında qalibiyyət seriyasını 21 matça çatdırıb. O, sonuncu dəfə bu yarışda 2021-ci ildə turnirin 1/4 finalında yunan Mariya Sakkariyə məğlub olub.
Mənbə: TASS