2024-cü ilin ən yaxşı bombardirləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, IFFHS-in (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) cədvəlində milli və klub səviyyəli bütün turnirlərdə ən çox qol vuranlar yer alıblar.
"Qarabağ"ın futbolçusu Olavio Juninyo da cədvələ daxil edilib. 2024-cü ilin arxada qalan 7 ayında 19 qol vuran braziliyalı hücumçu dünyada 26-cıdır. O, Premyer Liqada 7, ölkə kubokunda 5, avrokuboklarda 7 dəfə fərqlənib.
Olavio yeddi ay ərzindəki qol sayında argentinalı Lionel Messini də qabaqlayıb. Cənubi amerikalı 17 qolla 48-cidir. IFFHS-in cədvəlində yer alan Lautaro Martines, Robert Levandovski, Lük de Yonq, Pyer-Emerik Obameyanq, Fil Foden kimi ulduzlar da daha aşağı sıralardadırlar.
Qeyd edək ki, siyahıya Braziliya millisinin və "Flamenqo"nun hücumçusu Pedro başçılıq edir. O, 28 qola imza atıb.
Rəylər