Argentina yığmasının sabiq futbolçusu Qonsalo İquain keçmiş komanda yoldaşı Lionel Messinin formasını geyindiyi ABŞ-nin "İnter Mayami" klubunun məşqçisi təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Amerika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
36 yaşlı sabiq hücumçu klubda futbolçuların inkişafı üzrə məşqçi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, "Real Madrid" (İspaniya), "Yuventus" və "Napoli" (hər ikisi İtaliya) kimi klubların formasını geyinmiş və 2022-ci ildə karyerasını bitirmiş Q.İquainin son iş yeri məhz "İnter Mayami" olub.
Rəylər