Bakıda keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Oxu.Az xəbər verir ki, U-23 millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixində ilk dəfə komanda hesabında Avropa çempionu olub.
Belə ki, üç qızıl, bir gümüş və dörd bürünc medal qazanan yığmamız 163 xal toplayaraq ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqlayıb. Türkiyə 135 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, komandamızın tərkibində Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıblar.
Daha çox foto burada: PhotoStock.az
20:21
Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.
Oxu.Az xəbər verir ki, idmançımız finalda İslam Əliyevə (AİN) qalib gəlib.
Məlumat üçün bildirək ki, bu gün digər təmsilçilərimiz Nihad Quluzadə (72) gümüş, Ruslan Nurullayev (72 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, Azərbaycanın daha bir yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının bürünc medalını qazanıb.
İdmançımız bürünc mükafat uğrunda mübarizədə Aapo Viitaladan (Finlandiya) güclü olub.
Ümumilikdə isə Azərbaycanın yunan-Roma güləşçiləri U-23 Avropa çempionatını üç qızıl, bir gümüş və dörd bürünc medalla başa vurublar.
Rəylər