"Əfsuslar olsun ki, məğlub olduq".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"a (Niderland) 0:3 hesablı məğlubiyyəti şərh edib:
"Oyuna pis hazırlaşmamışdıq. Gördüyünüz kimi, matça çox yaxşı başladıq. Ən xoş olmayan odur ki, oyunçular qırmızı vərəqə aldılar. Hakimlər Azərbaycana pozitiv düşüncə ilə gəlsələr, daha yaxşı olar. Ən xırda hərəkətə qırmızı vərəqə və penalti verilməməlidir. Növbəti matçlarda futbolçu sayı azalırsa, bu, daha pisdir. Böyümək üçün biz müəyyən mərhələləri keçməliyik. Azarkeşlərə təşəkkür edirəm. İnşallah komanda bu cür davam etsə, futbolçular cəsarəti qoruyub saxlasalar, daha yaxşı nəticələr əldə edə bilərik. Bir daha vurğulamaq istəyirəm ki, "Ayaks" kimi komandanın Bakıda olması bizim üçün böyük üstünlükdür".
Qeyd edək ki, "Qarabağ" Bakıda "Ayaks"a 0:3 hesabı ilə məğlub olub.
Anar Həsənov
Rəylər