"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda "Ayaks"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib.
"Qafqazinfo" xəbər verir ki, ağır məğlubiyyətin ardından jurnalistlər baş məşqçiyə müxtəlif suallar ünvanlayıblar. Suallardan biri istefaya çağırışla bağlı olub:
- Sizin istefanızla bağlı paylaşımlar olur. Bu barədə nə deyə bilərsiniz? Məşhurlar da sizin getməli olduğunuzu deyirlər…
- Bilmirəm ki, onlara nə deyim, sözüm yoxdur. Mən istənilən sahədə uğurlu olan azərbaycanlını dəstəkləyirəm. Sosial şəbəkələrdən də buna görə uzağam ki, nəsə yanlış olar.
Rəylər