Azərbaycanlı idmançı Rafael Ağayev yenidən peşəkar karate yarışı sayılan "Karate Combat" turnirində çıxış edəcək.
Bu barədə Oxu.Az-a karate üzrə beşqat dünya çempionunun özü məlumat verib.
"Artıq təşkilatla müqavilə bağlamışam. Yanvarın 28-də Macarıstanın paytaxtı Budapeştdə döyüşüm olacaq. Ancaq müqavilə şərtlərinə əsasən, rəqibin adını çəkə bilmərəm".
Xatırladaq ki, Rafael Ağayev ilk dəfə bu turnirdə 2018-ci ildə çıxış edib. O həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşüb və qalib gəlib.
Qeyd edək ki, bu təşkilatda idmançılar ənənəvi karate geyimlərində çıxış etmir və qaydalara görə, bir-birlərinə tam zərbə ("full contact") vura bilərlər. Onların çıxış etdikləri zallar da fərqli olur. Azərbaycandan bu yarışda həvəskar karatedə karyerasını başa vurmuş, 14-15 yaşadək karate millimizin böyük məşqçisi Şahin Atamov da çıxış edir.
Səbuhi Musayev
Rəylər