İtaliyanın "Komo" klubunun müdafiəçisi Rafael Varan gözlənilməz qərar verib.
Oxu.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano məlumat yayıb.
31 yaşlı mərkəz müdafiəçisi bir müddət əvvəl ağır zədə aldığı üçün belə qərara gəlib. Təcrübəli oyunçu artıq A Seriyası təmsilçisi ilə müqavilənin ləğv edilməsi barədə danışıqlar aparır.
Qeyd edək ki, Rafael Varan mövsümün əvvəlində "Mançester Yunayted"dən ayrılıb "Komo" ilə 2 illik müqavilə imzalamışdı.
Rəylər