"Omoniya" təcrübəli və keyfiyyətli futbolçulardan təşkil olunub".
"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprdə "Omoniya" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis sabah vacib və maraqlı oyuna çıxacaqlarını bildirib:
"Artıq iki aya yaxındır ki, avrokuboklarda çıxış edirik. Rəqib komanda təcrübəli və keyfiyyətli futbolçulardan təşkil olunub. "Omoniya" Azərbaycan futbol camiəsinə tanış rəqibdir. "Qarabağ" və "Qəbələ"yə qarşı mübarizə aparıblar. Heyətlərini yeni futbolçularla gücləndiriblər. Bu, onların çıxışlarına müsbət təsir edib. Sabah azarkeşlər maraqlı və gərgin oyuna şahidlik edəcəklər".
Qeyd edək ki, avqustun 22-də GPS stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bundan bir həftə sonra gerçəkləşəcək.
Rəylər