Portuqaliyalı mütəxəssis Ruben Amorimin "Mançester Yunayted"in baş məşqçisi kimi işə başlamağı gecikir.
Oxu.Az xəbər verir ki, Ruben Amorim bu gün Mançesterə gəlməlidir.
Lakin o, fəaliyyətə başlamaq üçün rəsmi icazə gözləyir. Mütəxəssisin işçi vizası hələ də təsdiq olunmayıb.
"Mançester Yunayted"in özü də Amorimin sənədləri ilə bağlı hər hansı problemin olacağını gözləmir.
Qeyd edək ki, Amorimin işçi vizası təsdiq olunana qədər məşq də daxil olmaqla, rəsmi vəzifələrinə başlaya bilməyəcək.
Rəylər