Serxio Buskets və Lionel Messi birlikdə karyeralarında 600-dən çox matç keçiriblər.
Oxu.Az xəbər verir ki, ulduz futbolçular bu mərhələyə sentyabrın 29-da "İnter Mayami" - "Şarlotta" matçında (1:1) çatıblar.
Lionel Messi və Serxio Buskets "Barselona"da 569 və "İnter Mayami"də 33 oyunda meydana birlikdə çıxıb.
Bu cüt futbol tarixində bu göstəriciyə çatan üçüncü cüt olub.
Bunu ilk edənlər Almaniya millisinin və "Bavariya" klubunun sabiq futbolçuları Gerd Müller ilə Sepp Mayer olublar. Onlar 611 oyunda çıxış ediblər.
Sonra onların rekordu Buskets və Cerar Pike tərəfindən qırılıb. İspaniya millisində və "Barselona"da ümumilikdə 620 oyun keçirən futbolçular rekordu yeniləyiblər.
Qeyd edək ki, Tomas Müller və Manuel Noyerin də tezliklə 600-lük hədəfə çatmaq şansı var.
Xatırladaq ki, siyahıda yalnız yüksəksəviyyəli matçlar nəzərə alınıb. Hər iki oyunçu meydanda olarsa (eyni vaxtda olması şərt deyil), matç cütün aktivinə yazılır.
Rəylər