Əfsanəvi ukraynalı futbolçu və Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko İtaliyanın “Mediaset” kanalına müsahibə verərkən emosiyalarını çətinliklə cilovlayıb.
Ukrayna müharibəsindən danışan Şevçenko göz yaşlarına hakim ola bilməyib.
Şeva ukraynalıların ehtiyacları üçün ümumilikdə 400 min avroluq böyük dərman partiyası aldığını deyib. Həmçinin “Cenua”nın sabiq çalışdırıcısı müharibə başlayandan sonra dəfələrlə ağladığını və stress keçirdiyini bildirib. O, Ukraynaya sülh gələnə qədər məşqçiliyə qayıtmayacağına söz verib.
“İndi mən diqqətimi yalnız ölkəmə kömək edəcək layihələrə yönəltmişəm”, - Şevçenko bildirib.
Əfsanəvi ukraynalı futbolçu və Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko İtaliyanın “Mediaset” kanalına müsahibə verərkən emosiyalarını çətinliklə c...
Mənbə: unian.net
Rəylər