UEFA Avropa Liqasının dördüncü turunun ən yaxşı qolu müəyyənləşib.
Oxu.Az UEFA-nın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ın 23 yaşlı futbolçusu Toral Bayramovun "Budyo-Qlimt"in qapısına vurduğu qol ən yaxşı qol olaraq seçilib.
Sol cinah müdafiəçisi dünən səfər matçında (2:1) uzaq məsafədən gözəl qola imza atıb.
Xatırladaq ki, namizədlər arasında Toralla yanaşı "Qalatasaray"dan Yunus Akgün, "Ayntraxt"dan Omar Marmuş və "Ludoqorets"dən Erik Markusun qolları da var idi.
"Qarabağ"ın futbolçusu Toral Bayramovun Norveçdə "Budyo-Qlimt"ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı adına namizəddir.
Oxu.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Liqa mərhələsinin IV turunda digər namizədlər Almaniyanın "Ayntraxt" (Frankfurt) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi "Ludoqorets"dən Erik Markus və Türkiyənin "Qalatasaray" kollektivindən Yunus Akgündür.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. Xatırladaq ki, "Qarabağ" Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.
Ən yaxşı qol Toralın oldu
Rəylər