"Toral Bayramovun nə milli, nə də "Qarabağ"dakı oyununu bəyənirəm".
Bu fikirləri İdman.biz saytına müsahibəsində Azərbaycan millisinin keçmiş futbolçusu Əfran İsmayılov bildirib.
"Qarabağ"ın bəzi futbolçuları özlərini yaxşı tərəfdən göstərməyiblər. Azərbaycan çempionu elə bir keyfiyyətli komandadır ki, hamı bir-birini tamamlayır. Necə oynayacaqlarını bilirlər. Milli komandada isə çətindir. Hamı fərqli klublardan gəlir. Albaniyaya, Qazaxıstana qarşı oynayırsan. Çətinliklər olur. Bu başadüşüləndir. Açığı, mən Toral Bayramovun nə milli, nə də "Qarabağ"dakı oyununu bəyənirəm. Mahir Emreli və Ramil Şeydayev formada olmasalar da, daha xarakterli oyun nümayiş etdirdilər və savaşdılar. Hesabın 3:2 olmasında əsas pay sahibi onlar idilər".
Qeyd edək ki, Qazaxıstanla görüşdə millimiz 0:2 hesabı ilə geri düşsə də, yekunda 3:2 hesabı ilə qalib gəlib.