ABŞ-nin "İnter Mayami" klubunun uruqvaylı futbolçusu Luis Suares millidəki karyerasını başa vurduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, futbolçu bu barədə şəxsi sosial media hesabından paylaşım edib.
Luis Suares paylaşımında cümə günü milli komanda ilə son oyununa çıxacağını bildirib.
Qeyd edək ki, Suaresin 37 yaşı var. O, Uruqvay millisində 137 oyun keçirib ki, bu da millinin tarixində ikincidir (Ən çox oyunu Dieqo Qodin keçirib - 161). Suares millinin heyətində 68 qol vurub və 39 məhsuldar ötürmə edib. 2011-ci ildə Uruqvay yığmasının tərkibində Amerika kubokunun qalibi olub.
Rəylər