İspaniya polisinə daxil olan şikayətdə "Valensiya" klubunda çıxış edən Rafa Mirin 21 yaşlı qadına qarşı cinsi zorakılıq etdiyi bildirilib.
Oxu.Az xəbər verir ki, hadisə futbolçunun bağ evində yaşanıb.
"Barselona" futbol akademiyasının yetirməsi olan təcrübəli futbolçu polis orqanları tərəfindən saxlanılıb.
Daha sonra keçirilən məhkəmədə zərərçəkmiş qismində danışdırılan xanım, Rafa Mir tərəfindən döyüldüyünü və təcavüzə məruz qaldığını bildirib. Bundan başqa, Rafa Mirin dostu isə xanımın yanındakı digər qadına hücum çəkib.
Keçirilən məhkəmə prosesi zamanı futbolçu dəlil yetərsizliyi səbəbindən müvəqqəti olaraq sərbəst buraxılıb.
Qeyd edək ki, Rafa Mir futbolçu karyerası ərzində İngiltərənin "Vulverhempton" və "Nottingem", İspaniyanın isə "Las Palmas", "Sevilya" və "Valensiya" klublarında çıxış edib.
Rəylər