"Sevilya"dan ayrılandan sonra klubsuz qalan Serxio Ramosun daha bir transferi baş tutmayıb.
Oxu.Az xəbər verir ki, ulduz futbolçu ilə Misirin "Zamalek" klubu arasında danışıqlar prosesi getsə də, daha sonra keçid alınmayıb.
Buna səbəb Ramosun daha çox maaş istəməsi olub.
Xatırladaq ki, daha öncə Səudiyyə Ərəbistanı klubları ilə yanaşı, İspaniya və Türkiyədən də təkliflər gəlib, lakin futbolçunun tələb etdiyi maaşa görə keçid alınmayıb.
Qeyd edək ki, təcrübəli müdafiəçi ötən mövsüm meydana çıxdığı 37 matçda 7 qola və 1 məhsuldar ötürməyə imza atıb.
Rəylər