Futbol üzrə Yunanıstan milli komandasının müdafiəçisi Corc Baldok 32 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə SDNA agentliyi məlumat yayıb.
Məlumata görə, futbolçunun meyiti onun Afinadakı evinin hovuzunda tapılıb.
Hələlik futbolçunun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.
Məlumat üçün qeyd edək ki, C.Boldokun son klubu Yunanıstanın "Panatinaykos" klubu olub. O, Yunanıstan millisinin heyətində 12 oyun keçirib.
Yunanıstan millisinin futbolçusu evində ölü tapılıb
Rəylər