İtaliya A Seriyasının 28-ci turunun “Yuventus” - “Atalanta” oyunu əzmkar mübarizə şəraitində keçib. Görüş Turində “Alyans-Yuventus” stadionunda baş tutub. Oyunu Marko Quidanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Qonaqların heyətində Theon Copmeyners dubl edib. Turinlilərdən isə Andrea Kambiaso və Arkadiuş Milik fərqləniblər. Oyun 2:2 hesabı ilə başa çatıb.
Beləliklə, “Yuventus” 58 xal toplayıb, çempionatın turnir cədvəlində üçüncü yeri tutur. 47 xalı olan “Atalanta” altıncıdır.