"SpaceX" və "Tesla" şirkətlərinin sahibi İlon Mask gələcəkdə insanların telefonlardan istifadə etməyəcəklərini bəyan edib.
Milyarder bu barədə "X" sosial şəbəkə platformasında onun fəaliyyətinə həsr edilmiş səhifədə gedən müzakirələrə cavab verərkən qeyd edib.
Belə ki, səhifədə istifadəçilərə ünvanlanan "Ağlınızla idarə etməyə imkan verən "Neuralink" interfeysinin beyninizdə quraşdırılmasını istərdinizmi?" sualına şərh yazan İlon Mask qeyd edib ki, gələcəkdə mobil qurğulara ümumiyyətlə ehtiyac qalmayacaq.
"Gələcəkdə telefonlar olmayacaq, yalnız "Neuralink" olacaq", - İlon Mask qeyd edib.
Rəylər