Rusiyada azərbaycanəsilli sahibkar, "LUKOİL"un təsisçisi Vahid Ələkbərov ilin əvvəlindən sərvətinə 3.24 milyard dollar (təxminən 5.5 milyard manat) əlavə edə bilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin ekspertlərinin tərtib etdikləri "Milyarderlər İndeksi"ndə məlumat verilib.
Qeyd olunub ki, ümumilikdə Rusiyanın ən varlı sahibkarları ilin əvvəlindən daha 24.29 milyard dollar (təxminən 41.3 milyard manat) zənginləşib.
Məlumata görə, "Yevroxim" və "SUEK" şirkətlərinin həmtəsisçisi Andrey Melniçenko 6.37 milyard dollar (təxminən 10.8 milyard manat) qazanıb və bununla da sərvətini 25.2 milyard dollara (təxminən 42.8 milyard manat) çatdırıb. "Severstal"ın yaradıcısı Aleksey Mordaşovun sərvəti 5.89 milyard dollar (təxminən 10 milyard manat) artaraq 26,8 milyard dollar (təxminən 45.5 milyard manat) olub.
Eyni zamanda bəzi iş adamları ziyana gediblər. Ən çox "Metalloinvest"in səhmdarı Alişer Usmanov zərər çəkib, onun sərvəti 4.85 milyard dollar (təxminən 8.24 milyard manat) azalaraq 16.2 milyard dollara (təxminən 27.5 milyard manat) düşüb.