Bakıda "Qətər bütün dünya üçün" adlı əlamətdar tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, tədbir Qətərin "Al Baladi Holdings" şirkəti və BƏƏ-nin "Green Capital Management" şirkətlərinin Azərbaycana investisiyalarının cəlb edilməsi məqsədi daşıyır.
Davamlı işgüzar nüfuzu ilə tanınan Azərbaycan Ticarət Korporasiyası beynəlxalq şirkətlərlə strateji tərəfdaşlıq vasitəsilə qlobal mövcudluğunu genişləndirməyə çalışır.
Tədbir zamanı "Green Capital Management" və "Al Baladi Holdings" arasında Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.
İmzalanma mərasimində "Al Baladi Holdings"in prezidenti Məhəmməd Abdullah Həməd Al İbrahim Al Attiyah, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, "Green Capital Management"in səhmdarları Adnan Əhmədzadə və Xəyal Qayıbov (həmçinin baş icraçı direktoru vəzifəsini icra edir - red.) və Qətərin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Həməd Al Humeidi iştirak ediblər.
Bu Saziş ilkin mərhələdə Bakıda yeni iş yerlərinin yaradılmasını nəzərdə tutan şəbəkələrin açılması üçün təxminən 5 milyon ABŞ dolları həcmində sərmayə yatırılacaq.
Əməkdaşlıq "Go Crispy" və "Tea Time"ın müstəsna təklifini daha geniş auditoriyaya çatdırmağı və beynəlxalq bazarda onların mövcudluğunu artırmağı hədəfləyir.
İmzalanmış saziş hər iki tərəfdaş üçün yeni perspektivlər açır və bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan və Qətər arasında siyasi və iqtisadi əlaqələri möhkəmləndirir.
Bakıda yeni iş yerləri yaradılacaq - Saziş imzalandı
Daha çox şəkil burada: PhotoStock.az
Nəzrin Vahid