"Brent" markalı neftin bir barelinin qiyməti fevralın əvvəlindən bəri ilk dəfə olaraq 78 dollardan aşağı düşüb.
Bu barədə "Bloomberg"in ticarət məlumatlarından aydın olub.
Belə ki, WTI markalı neftin iyul füçersləri 1,68% ucuzlaşaraq bir barelinin qiyməti 72,97 ABŞ dolları olub.
"Brent" markalı neftin avqust füçersləri isə 1,43% ucuzlaşaraq bir barelinin qiyməti 77,24 ABŞ dolları təşkil edib.