"Nəqliyyat sektorunun karbonsuzlaşdırılmasında dəmiryol sektoru mühüm rol oynayır. Azərbaycanda orta göstəricilər yüksəkdir, son 20-25 ildə həm nəqliyyat, həm də yükdaşımalarda tələbat artmaqdadır. Burada vacib şərt dəmiryolundan geniş istifadə etmək və rəqəmsallaşdırmaqdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Gələcək üçün dayanıqlı nəqliyyat" adlı tədbirdə Asiya İnkişaf Bankının Nəqliyyat üzrə direktoru Ceyms Leder deyib.
O bildirib ki, dəmiryolunu aşağıkarbonlu nəqliyyat vasitələri üzrə ilk pilləyə çıxarmaq investisiyaları cəlb etməyə səbəb olacaq:
"Dəmiryolunun emissiyalarını azaltmaq üçün Asiya İnkişaf Bankı müxtəlif həllərdən istifadə edəcək".
Ceyms Leder çıxışı zamanı qlobal miqyasda dəmir yolu sistemlərinin dekarbonizasiyası istiqamətində görülən təşəbbüslərdən danışıb, ADY-də onun reallaşdırılmasının gətirəcəyi faydaları qeyd edib.
Məhərrəm Əliyev