"COP29 üçün "ISO 20121:2024" sertifikatının əldə olunması dayanıqlı tədbir idarəçiliyinə bağlılığı nümayiş etdirir".
"Report" xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Dayanıqlılıq Əməliyyatları və Təminat üzrə meneceri Könül Qaraşlı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən ölkə QHT-ləri üçün COP29-da Yaşıl Bölgə ilə əlaqədar məlumat sessiyasında deyib.
Onun sözlərinə görə, COP29 zamanı yaradılan praktikalar gələcək tədbirlərin daha dayanıqlı fəaliyyətlərə yönəlməsinə kömək edəcək:
"COP29 üçün "ISO 20121:2024" sertifikatının əldə olunması dayanıqlı tədbir idarəçiliyinə bağlılığı nümayiş etdirir. Bununla da tədbirin ətraf mühitə təsirini minimuma endirmək və sosial məsuliyyəti artırmaq təmin olunur".
O bildirib ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin "ISO 20121:2024" dayanıqlı tədbir idarəçiliyi sertifikatını əldə edən ilk şirkət olması digər tədbir idarəçiliyi təşkilatlarına dayanıqlı tədbir idarəçiliyi tələblərinə riayət etmələri üçün nümunədir.