Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsi təsdiqlənib
Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı vergi güzəştləri tətbiq ediləcək.
"Report" xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər-2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
"COP29" teqi üzrə xəbərlər
- Braziliyalı nazir: "Karbon bazarının yaradılması ekoloji bütövlüyün təmini üçün prioritetdir"
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un yekun qərarlarından birində Bakı Qlobal İqlim Şəffaflığı Platforması yer alıb
- Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib