"Avropa İttifaqı (Aİ) COP29-un uğurlu keçirilməsini təmin etmək üçün Azərbaycan hökuməti ilə əməkdaşlıq edir".
"Report" xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Zoltan Salai ADA Universitetində "COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı COP məqsədlərinin səmərəli həyata keçirilməsi üçün yollar və planlar təklif etməyə, nəqliyyat, sənaye və ekoloji həllər sahələrində iqlim siyasətinin təşviqində Azərbaycana dəstək verməyə hazırdır.