Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) rəsmi açılış mərasimi keçirilib.
Oxu.Az bildirir ki, mərasimi COP28 sədri, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri açıb.
Sonra COP29-un seçilmiş sədri Muxtar Babayev, ardınca BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil çıxış ediblər.
COP29 tədbirinin rəsmi açılış mərasimi keçirilib
COP29 tədbirinin rəsmi açılış mərasimi keçirilib
"İqlim dəyişmələrinin qarşısının alınması səylərini sürətləndirmək üçün beynəlxalq karbon bazarlarının fəaliyyətə başlaması zəruridir".
Oxu.Az bildirir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) açılışında bildirib.
"Məhz burada, Bakıda, Paris Sazişinin 6-cı maddəsinə dair razılaşmanı tamamlamaqla beynəlxalq karbon bazarlarının fəaliyyətinə başlamalıyıq", - S.Stil vurğulayıb.
COP-da sədrlik Azərbaycana təhvil verildi.
Oxu.Az xəbər verir ki, COP29 tədbirinin rəsmi açılış mərasimində ilk olaraq COP28 sədri, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri çıxış edib.
O, çıxışında COP-da sədrliyi Azərbaycana təhvil verib və COP29-un sədri seçilməsi münasibətilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi təbrik edib.
Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb.
Oxu.Az xəbər verir ki, hazırda COP29 tədbirinin rəsmi açılış mərasimi keçirilir.
COP29 tədbirinin rəsmi açılış mərasimi keçirilib