Londonun ICE birjasında "Brent" markalı neftin avqust füçerslərinin qiyməti aprelin 30-dan bəri ilk dəfə bir barel üçün 87 dolları ötüb.
Məlumata görə, Moskva vaxtı ilə saat 11:31-ə (Bakı vaxtı ilə 12:31 - red.) olan birja məlumatlarına əsasən, "Brent" markalı neftin bir barelinin qiyməti 0,46% artaraq 87,04 dollara bərabər olub.
Eyni zamanda, WTI markalı xam neftin avqust ayı üçün füçersləri 0,44% bahalaşaraq bir barel üçün 83,88 dollara yüksəlib.
Mənbə: TASS