"Dünyadakı iqlim dəyişmələri, azalan təbii ehtiyatlar və artan tələbat yaşıl iqtisadiyyatın inkişafını zəruri edir".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.
"Bu, öz növbəsində hər bir ölkənin dayanıqlı inkişafı üçün vacib faktora çevrilib. Dünya Bankının hesablamalarına əsasən, iqlim dəyişikliyinin təsirləri nəticəsində 2050-ci ilə qədər qlobal ÜDM illik 1,5-5% azalacaq. İqlim dəyişikliyi ekoloji tarazlığı pozaraq, biomüxtəlifliyə də mənfi təsir edir. Bu faktorlar iqlim dəyişikliyinin geniş təsirlərini yumşaltmaq üçün təcili tədbirlərin görülməsinin vacibliyini bir daha vurğulayır", - deyə o qeyd edib.