İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə ilə görüşüb.
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Tərəflər Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi-ticarət əlaqələrinin, investisiya tərəfdaşlığının və biznes dairələri arasında işgüzar münasibətlərin genişlənməsindən məmnunluq ifadə edib, sənaye, enerji, infrastruktur və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.
Görüşdə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, bu sahəyə Səudiyyə Ərəbistanı şirkətləri tərəfindən investisiyaların yatırılması məsələləri müzakirə olunub.Tərəflər əlaqələrin inkişafı, iqtisadi, investisiya və turizm potensialının təşviqi istiqamətində tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparıblar.
14:31
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə ilə görüşüb.
O, bu barədə öz "X" hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını məmnunluqla vurğulanıb.
Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə (@tfrabiah) ilə ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını məmnunluqla vurğuladıq. #İqtisadi tərəfdaşlığın gücləndirilməsi, #turizm və #investisiya-lar sahəsində birgə fəaliyyətin təşviqi… pic.twitter.com/yA0bTAcSX8
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 28, 2024