"Xocalı rayonu, Əsgəran qəsəbəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin həmtəsisçisi olduğu "Shahbulag Mining" MMC daha bir layihənin icrasına başladı".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında bildirib:
"İllik istehsal gücü 60 000 ton olan "AzCement" sement zavodunda 70 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Zavod işğaldan azad edilmiş ərazilərin infrastrukturunun və sənaye potensialının gücləndirilməsinə, regionun iqtisadi inkişafına töhfə verəcək".
Xocalı rayonu Əsgəran qəsəbəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (@AIC_OJSC) həmtəsisçisi olduğu "Shahbulag Mining" MMC daha bir layihənin icrasına başladı. İllik istehsal gücü 60.000 ton olan "AzCement" sement zavodunda 70 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub.… pic.twitter.com/9FQNl3vFTV
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 22, 2024