“Dövlət başçısının sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsi yüksəkrəqabətli insan kapitalının formalaşmasına və kadr ehtiyatı bankının zənginləşməsinə mühüm təkan verir”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşıb.
Nazir biliyinə güvənən, hədəflərinə çatmaq və ölkəmizin tərəqqisinə töhfə vermək istəyən hər kəsi bu platformada fəal iştiraka dəvət edib.
Dövlət başçısının sərəncamı ilə təsis edilmiş "Yüksəliş" müsabiqəsi (@yukselish_az) yüksək rəqabətli insan kapitalının formalaşmasına və kadr ehtiyatı bankının zənginləşməsinə mühüm təkan verir. Biliyinə güvənən, hədəflərinə çatmaq və ölkəmizin tərəqqisinə töhfə vermək istəyən… pic.twitter.com/vb0I28tO0Y
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 14, 2024