Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Orxan Nəzərli: "Ölkəmizin bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı hədəfləri var"
"Azərbaycan iqtisadiyyatı üçün neft-qaz sektoru ənənəvi sahə olsa da, son zamanlar bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Ölkəmizin bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alır. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq, "yüksəkkeyfiyyətli ekoloji mühit" və yaşıl enerji milli inkişaf prioritetləri olaraq seçilib və "2022-26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda "təmiz ətraf mühit" və "yaşıl artım ölkəsi" üzrə strateji çərçivə müəyyənləşdirilib. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Vergi Xidmətinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə birlikdə keçirdiyi Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumunda Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
O qeyd edib ki, Azərbaycanda elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılması nəzərdə tutulur:
"1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının emissiyasını 35%, 2050-ci ilə qədər isə 40% azaltmaq da hədəflərimizdəndir. Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla sözügedən ərazilər "yaşıl enerji zonası" kimi müəyyən edilib. Ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Məqsəd iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələri artırmaqdır".
Məhərrəm Əliyev
"Dövlət Vergi Xidməti" teqi üzrə xəbərlər
- Azərbaycan yüksək beynəlxalq reytinqə layiq görülüb
- Dövlət Vergi Xidməti və DSMF-nin məlumatı arasında uyğunsuzluq aşkar edilib
- "Apple" azərbaycanlı alıcılara ƏDV hesablamayacaq
- Bu gündən POS-terminalların quraşdırılmaması halları ilə bağlı YOXLAMA BAŞLAYIR
- "Kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib