Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə yekunlaşıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkili Orxan Zeynalov müdafiə çıxışı edib.
Vəkil müvəkkilləri barələrində ittiham hökmü çıxarılmaqla cəza təyin edilməsi hissəsini məhkəmənin mülahizəsinə buraxdığını bildirib.
Daha sonra onlara hökm oxunub.
Hökmə əsasən, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevaya elan edilmiş ittihamla təqsirli bilinərək şərti olaraq azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva Qarabağın işğaldan azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış vəsaitin 92 min manatını mənimsəməkdə təqsirləndirilir.
Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tanınıb.
Rəylər