Bakının Xəzər rayonu Binə qəsəbəsində atanın iki oğlunu bıçaqlayaraq onlardan birini öldürməsinin, daha sonra intihar etməsinin yeni detalları olub.
Baku TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, cinayət baş verən zaman ailənin xanımı işdə olub. Həmin qadın növbəli işdə çalışır. Hadisədən sonra Rza Eyyubov özünə şüşə qırığı ilə xəsarət yetirib.
Qonşuların sözlərinə görə, ailə başçısı R.Eyyubov spirtli içki aludəçisi olub. O, dəfələrlə azyaşlı övladlarını döyüb, onları spirtli içki almağa vadar edib.
Qonşular ailənin 5-6 il əvvəl bu əraziyə köçdüyünü, R.Eyyubovun işləmədiyini, əsasən tibbi spirt içdiyini qeyd ediblər.
Hadisə zamanı ailənin üçüncü övladı qonşuya qaçmağa müvəffəq olub.
Bakının Xəzər rayonu Binə qəsəbəsində atanın iki oğlunu bıçaqlayaraq onlardan birini öldürməsinin, daha sonra intihar etməsinin təfərrüatı məlum olub.
Baku TV-nin əməkdaşı hadisə baş verən ərazidə olub.
Dəhşətli hadisə barədə danışan qonşuların sözlərinə görə, cinayəti törətməkdə şübhəli bilinən Rza Eyyubov spirtli içki aludəçisi olub.
"Səs gəldi, çölə çıxanda gördük ki, Əli yerdə çabalayır. İçəridən xəbərimiz yox idi. Evə girəndə isə gördük ki, digər oğluna da çoxsaylı bıçaq zərbələri endirib. Evin hər yeri qan idi", - hadisə şahidi deyib.
Bakının Xəzər rayonu Binə qəsəbəsində atanın iki oğlunu bıçaqlayaraq onlardan birini öldürməsinin, daha sonra intihar etməsinin yeni detalları olub.
Dünən atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən APA-ya məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 23.07.2024-cü il tarixində saat 01:15-də Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən bıçaqlanma səbəbilə çağırış daxil olub. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Nəticədə 3 nəfər xəsarət alıb.
2020-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) saat 01:50-də bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Azyaşlıya zəruri tibbi xidmət göstərildikdən sonra cərrahi profilli Reanimasiya şöbəsinə hospitalizasiya edilib. Vəziyyəti ağır stabil qiymətləndirilir.
Xəsarət alan 10 yaşlı uşaq (kişi cinsli) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Xəsarət alan 50 yaşlı şəxs (kişi cinsli) qarının ön divarının və sol topuğun kəsilmiş yaraları diaqnozu ilə polis müşayiəti altında Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Aparılan zəruri tibbi xidmətlərə baxmayaraq, saat 03:35-də ölüm faktı qeydə alınıb.
Bir şəxsin qəsdən öldürülməsi, digərinin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Oxu.Az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyulun 23-ü gecə saat 1-də iki nəfərin ölməsi, bir nəfərin isə xəsarətlər alması barədə Suraxanı Rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla rayonun Binə qəsəbəsi ərazisində yaşayan 1974-cü il təvəllüdlü Rza Eyyubovun kəsici-deşici alətlə əvvəlcə iki azyaşlı oğluna, daha sonra isə özünə xəsarətlər yetirməsi nəticəsində sonuncu və azyaşlılardan birinin ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisə zamanı xəsarət alan digər azyaşlı xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29 (xüsusi amansızlıqla və köməksiz vəziyyətdə qəsdən adam öldürmə və öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb.
APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
1974-cü il təvəllüdlü Rza Eyyubov əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti vurub.
Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb.
Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı Teymur Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Həkimlər onu cərrahi əməliyyat ediblər. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparırlar.
Rəylər