Hacıqabulda qaçırılan 15 yaşlı qız Qəbələdə tapılıb.
APA-nın məlumatına görə, günorta saatlarında Hacıqabul rayonunun Meyniman kəndindən qaçırılan 15 yaşlı qızın Qəbələ polisi tərəfindən saxlanıldığı bildirilir. Polis həm yeniyetmə qızı, həm də onu qaçıran şəxsi saxlayıb.
Faktla bağlı araşdırma aparılır.
Hacıqabulda yeniyetmə qızın qaçırılması ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, E.Ş ailəsi ilə birlikdə Hacıqabul şəhərində yaşayıb və bir ildir ki, Meyniman kəndinə köçüb.
Bildirilib ki, yeniyetmə Hacıqabul rayon İnayət Həsənov adına Meyniman kənd tam orta məktəbinin şagirdi olub. Davamiyyəti ilə bağlı problemi olmayıb.
Nəzrin Vahid
Hacıqabulda yeniyetmə qız qaçırılıb.
APA-nın məlumatına görə, hadisə rayonun Meyniman kəndində baş verib.
14-15 yaşlı qızın velosipedlə yol kənarına gəldiyi, orada velosipedi saxlayaraq maşına əyləşdiyi, avtomobilin rayon mərkəzinə doğru hərəkət etdiyi bildirilir. Onun ailə qurmaq məqsədi ilə qaçırıldığı iddia olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirib ki, bununla bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda araşdırmalar aparılır.
Əlavə məlumat veriləcək.