Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə Xəstəxanayanı küçəsində baş verib.
Belə ki, 2006-ci il təvəllüdlü Azər İsgəndərli yaşadığı evin qarşısında dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Məlumata görə, A.İsgəndərliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü T.Babayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər