Bakı şəhərində quyudan meyiti tapılmış dörd yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurovun barəsində həbs qətimkan tədbiri seçilib.
Oxu.Az-ın məlumatına görə, Xəzər Rayon Məhkəməsinin qərarı ilə M.Mansurovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir neçə gün əvvəl 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Daha sonra 1990-cı il təvəllüdlü M.Mansurovun qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəmi müxtəlif vaxtlarda döyülərək öldürdüyü məlum olub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
İlhamə Əbülfət
Rəylər