Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinə Bayıl qəsəbəsində bir nəfərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Həyata keçirilən tədbirlərlə həmin şəxs - 1994-cü il təvəllüdlü Məhəddin Hüseynov saxlanılıb. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 31 büküm psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkarlanıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. M.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar aparılır.
Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinə Bayıl qəsəbəsində bir nəfərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.