Bakıda kişi iki dəfə nişanlanmasına mane olan qadını döydüyü üçün saxlanılıb.
"Qaynarinfo"nun məlumatına görə, 1992-ci ildə Ağdam rayonu, Əliağalı kəndində anadan olmuş Rauf Kərimov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Rauf əvvəllər münasibətdə olduğu S.M. adlı qadını Nərimanov rayonu, Ağa Nemətulla küçəsində döyərək xəsarət yetirib. O, qadını döyməsinə səbəb kimi onun evlənməsinə mane olması ilə göstərib:
"İki dəfə nişanlanmağıma mane oldu. Hətta iyul ayının 5-də nişanım olmalı idi, lakin həmin xanıma görə baş tutmadı. Dəfələrlə ondan polisə şikayət etmişəm. Onunla danışdığıma görə peşmanam".
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 300 manat cərimə edilib.
Rəylər