Bakıda öldürülərək quyuya atılan dörd yaşlı qızın atası Taleh Allahyarov həbs olunub.
“Report”un xəbərinə görə, bu barədə Xəzər Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, T.Allahyarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
13:01
Yanvarın 31-də öldürülərək quyuya atılan dörd yaşlı Məryəmin atası Taleh Allahyarov cinayət məsuliyyətinə cəlb edilib.
APA-nın əldə etdiyi məlumata görə, T.Allahyarova Cinayət Məcəlləsinin 133-cü (əzab vermək) maddəsi ilə ittiham irəli sürülüb. T.Allahyarovun yaxın saatlarda Xəzər rayon Məhkəməsinə çıxarılaraq barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılacaq.
Xatırladaq ki, ötən gün T.Allahyarov ATV-nin “Bizimləsən” proqramında iştirak edib.
Veriliş zamanı T.Allahyarovun həyat yoldaşına göndərdiyi video görüntülər yayımlanıb.
Görüntülərdə T.Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr əks olunub.
Bu görüntülərdən sonra Xəzər Rayon Polis İdarəsinin əməkdaşları studiyaya gələrək T.Allahyarovu saxlayıblar.
Qeyd edək ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
4 yaşlı M.Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilirdi.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. M.Mansurov barəsində həbs qətimkan tədbiri seçilib.
Rəylər