Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda qeyri-adi üsulla dələduzluq edən şəxs ƏLƏ KEÇDİ
Sosial şəbəkələrdə oyuncaq metal tapança satmaq adı altında dələduzluq edən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı sosial şəbəkələrdə insanların etibarından sui-istifadə edərək onları aldadan 1991-ci il təvəllüdlü Behzad Səmədov saxlanılıb.
O, "Instagram" və "Facebook" sosial şəbəkələrində səhifələr yaradaraq oyuncaq metal tapançaların reklamı və satışı ilə məşğul olub. Daha sonra həmin tapançaları sifariş verən alıcılara kart nömrəsi göndərərək ödənişləri qəbul edib. Zərərçəkənlər pulu B.Səmədovun kartına göndərdikdən sonra o, səhifələri bağlayıb, telefon zənglərinə cavab verməyərək dələduzluq əməli törədib.
Saxlanılan şəxs barəsində Səbail RPİ-də araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.
"araşdırma" teqi üzrə xəbərlər
- Zaqatalada dəhşətli qəza: 14 yaşlı oğlan xəstəxanada can verdi
- Televizorlar keçmişdən bu günə: İlk TV-lərdə nə yayımlanırdı?
- SSRİ-nin gizlətdiyi, əlillərə faciə yaşadılan sürgün: Stalinin "samovar"ları
- Niger uranı uğrunda amansız mübarizə: 56 milyon dollarlıq müqavilə
- Tozlu havalarda zəhərlənməmək üçün nə etməliyik?