Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyat keçiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, tədbirlərlə 46 yaşlı Rəşad Həsənov və 38 yaşlı Yusif Hacıyev saxlanılıblar. və onlardan ümumilikdə 4 kiloqram marixuana və metamfetamin, əlavə olaraq 46 ədəd metadon həbi aşkarlanıb.
Araşdırmalarla onların narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Rəylər