Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayondaxili marşrut xətti üzrə idarə etdiyi "Mersedes" markalı mikroavtobusla sərnişindaşıma qaydasını pozduğuna görə sürücü Murad Həsənli saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Araşdırmalarla sürücünün hüququ olmadan avtomobili idarə etdiyi və narkotikin təsiri altında olduğu müəyyən edilib.
M.Həsənli barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən o, bir ay müddətinə inzibati qaydada həbs edilib.
Bərdədə narkotikin təsiri altında mikroavtobus sürən şəxs həbs edilib
Rəylər