Daşkəsəndə baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.
Oxu.Az xəbər verir ki, 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyev özündən 14 yaş kiçik arvadı Atlas Ocaqverdiyevanı öldürüb.
Mərhumun qardaşının sözlərinə görə, onların arasında mübahisələr çox olub. Sonuncu davaları isə may ayının 14-də yaranıb.
Hətta qətli törədən şəxs bu tarixi yaddaqalan etmək üçün evin divarına yazıb.
Qonşuların sözlərinə görə, T.Ocaqverdiyevin heyvanları qonşunun həyətinə keçib, qonşu isə narazılıq edərək, heyvanların onun məhəlləsini dağıtdığını bildirib. Elə ərlə-arvad arasındakı mübahisə isə bundan sonra gərginləşib.
T.Ocaqverdiyev qonşu kişinin onlara gəlməsini səhv başa düşərək, həyat yoldaşını günahlandırıb və qətlə yetirib.
Qeyd edək ki, ailənin iki oğul övladı olub, hadisə zamanı onlar evdə olmayıblar.
Xatırladaq ki, faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Ətraflı APA TV-nin süjetində:
Oğlu əsgərlikdən gələn kişi qatil oldu: Arvadının xəyanətindən şübhələnib divara tarix yazıbmış
İyunun 24-də saat 2 radələrində Daşkəsən rayonu, Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daşkəsən Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.