Goranboyda 70 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxslər saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Gəncə Regional İdarəsi məlumat yayıb.
Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 12 baş xırdabuynuzlu heyvanı oğurlayan əvvəllər məhkum olunmuş Orxan Paşayev, Laçın Əzimov və Natiq Əliyev saxlanılıblar. Araşdırmalar zamanı onların cari ilin müvafiq dövründə daha 58 baş xırdabuynuzlu heyvanı oğurlayaraq satmaları məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Rəylər