Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlanıb.
APA xəbər verir ki, Hacıqabul sakini, 2010-cu il təvəllüdlü Əli Qoçaliyev bıçaqlanma diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs məlumdur. Ekspertizanın rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Faktla bağlı Hacıqabul Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Rəylər