Azərbaycanda həbsdə olan beynəlxalq kibercinayətkar şəbəkənin üzvü, Ukrayna vətəndaşı Andrey Borisoviç Serbin müraciətinə baxılıb.
"Report" xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə elan olunub ki, məhkum xəstəliyi ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Müraciətdə kibercinayətkar səhhətindəki problemlərlə bağlı vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib.
Məhkəmə ukraynalının müraciətini araşdırıb və bu qənaətə gəlib ki, məhkumun səhhəti ilə bağlı Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Xüsusi həkim-ekspert komissiyası tərəfindən rəy verilməlidir.
Bu səbəbdən proses təxirə salınıb.
Rəylər