Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İsmayıllıda dəhşətli hadisə: 13 yaşlı qız atasından hamilə qaldı
İsmayıllı rayonunda yetkinlik yaşına çatmayan övladı ilə cinsi əlaqədə olan 1980-ci il təvəllüdlü H.Turabov (ad şərti) həbs edilib.
Publika.az xəbər verir ki, əvvəllər də məhkum edilmiş şəxs Cinayət Məcəlləsinin 152.4.1-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma - Onu tərbiyə etmək funksiyasını daşıyan şəxs tərəfindən törədilməklə) maddəsinə əsasən məsuliyyətə cəlb edilib.
Məlum olub ki, H.Turabov 2022-ci ilin iyul ayının sonlarından 2023-cü ilin dekabrınadək 13 yaşlı övladı ilə mütəmadi cinsi əlaqədə olub. Yeniyetmədə 2023-cü ilin sonunda 34 həftəlik hamiləlik müəyyən edilib.
Bundan sonra cinayət işi açılıb.
Həbs edilən şəxs ifadəsində bildirib ki, o, həbsdə olarkən arvadı məhbus yoldaşına ərə gedib. H.Turabov övladına qarşı seksual xarakterli hərəkət etmədiyini, onun kimdən hamilə qaldığını bilmədiyini deyib.
Ekspertiza rəyində isə yeniyetmənin bətnindəki dölün H.Turabovdan olması qeyd edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün öncə çıxardığı hökmlə H.Turabov doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
"Uşaqlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Müəllimin şagirdi döyməsi iddiasına DİN münasibət bildirdi
- Türkiyə vətəndaşı azyaşlı qızını niyə qətlə yetirib? - Sumqayıtdakı qətlin yeni detalları
- Erməni katolikosa yaxınlığı ilə tanınan arxiyepiskopun adı uşaqlara qarşı zorakılıqla hallanır
- Türkiyədə təcavüz edilərək həyatını itirən körpənin ailəsində növbəti şübhəli ölüm
- Narin Güranın qətlinin bütün sirrini açacaq dəlil ortaya çıxdı: Qanlı əlcək kimə aiddir?
Rəylər